Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov türk dünyasının ən böyük mənəvi və tarixi-mədəni ziyarətgahlarından biri olan Xoca Əhməd Yasəvinin məqbərəsini ziyarət ediblər.
Qaziler.az bildirir ki, bu barədə Kazinform xəbər verir.
Xoca Əhməd Yasəvi məqbərəsi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Qonaqlar görkəmli mütəfəkkirin xatirəsini ehtiramla yad edib, məqbərədə aparılan bərpa və tədqiqat işləri ilə də tanış olublar.
Bundan əvvəl Qurbanqulu Berdiməhəmmədovun Qazaxıstana səfər etdiyi bildirilmişdi.
Qasım-Jomart Tokayev və Qurbanqulu Berdiməhəmmədov Türküstanda görüş keçirəcək.
QAZİLER.AZ

