Rusiya təhsil sistemi Rusiya dövlətinin məqsədlərinə uyğun olaraq getdikcə daha çox siyasiləşir, hərbiləşir və ideolojiləşir. Bu, Rusiyanın 2022-ci ildə Ukraynaya qeyri-qanuni müdaxiləsindən sonra nəzərəçarpacaq dərəcədə güclənən tendensiyanın davamıdır.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Böyük Britaniyanın Müdafiə Nazirliyinə istinadən X (Twitter) məlumat yayıb.
Hesabatda qeyd edilir ki, Rusiyanın müstəqil media orqanı olan “Verstka” Qərbə qarşı yönəlmiş qondarma “xüsusi hərbi əməliyyat”ı dəstəkləyən mətnlərin getdikcə daha çox yayılmasından xəbər verir. Məktəblərdə sovet ədəbiyyatı və vətənpərvərlik/rusiyapərəst hərbi mətnlər təbliğ olunur.
“Verstka” Rusiya hakimiyyətinin “Ukrayna”dan bəhs edən materialların dərsliklərdən çıxarılmasını əmr etməsini də misal gətirir.
QAZİLER.AZ