Hakan Fidan əlcəzairli həmkarı ilə görüşüb - FOTO

Hakan Fidan əlcəzairli həmkarı ilə görüşüb - FOTO backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə görüşüb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, türkiyəli nazirin bu gün prezident Əbdülməcid Tebbun tərəfindən də qəbul ediləcəyi gözlənilir.

Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən getdiyi Əlcəzairdə təmaslarını davam etdirir.

Hakan Fidan bu gün təmasları çərçivəsində Əlcəzairin xarici işlər naziri Əhməd Attaf ilə görüşüb.

Görüş zamanı qlobal və regional məsələlər müzakirə olunub. Təmasları çərçivəsində nazir Fidan Əlcəzairli həmkarı Əhməd Attaf ilə birlikdə Türkiyə-Əlcəzair Birgə Planlaşdırma Qrupunun (OPG) üçüncü toplantısına həmsədrlik edəcək.

QAZİLER.AZ

Diaspora