Trabzonun Ortahisar rayonunda zəncirvari yol qəzası baş verib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, 15 avtomobilin iştirakı ilə baş verən qəzada 8 nəfər xəsarət alıb. Hadisə ilə əlaqədar bağlanan yol bir qədər sonra açılıb.
Məlumatda qeyd olunur ki, Qara dəniz sahil yolunun Değirmendere məhəlləsində, sürücülərin adları hələlik məlum olmayan 15 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
QAZİLER.AZ