Rusiyanın xalq artisti Filipp Kirkorov məhdud tirajlı kolleksiyadan olan yeni Rolex saatını Qələbənin 80 illiyi üçün satmalı və pulu "xüsusi əməliyyat zonası"nın (Ukraynadakı müharibədə döyüşən rusiyalı hərbçilər nəzərdə tutulur-red.) ehtiyaclarına deyil, yetim uşaqlara verməlidir.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin NEWS.ru-ya bildirib. Onun fikrincə, hərbçilər ifaçıya hörmət etmir, balaca uşaqlar isə hələ heç nə başa düşmürlər.
"Kirkorov saatını satsın, pulunu yetimlərə versin. Bu, "xüsusi əməliyyat zonası"nın ehtiyaclarından daha yaxşıdır. "Xüsusi əməliyyat zonası"nda heç kim ondan heç nə almayacaq; ona hörmət etmirlər. Hələ kiçik olan yetimlər isə başa düşmürlər - bəli. Qoy saatını satsın, pulunu yetimlərə versin", - Borodin deyib.
Bundan əvvəl Kirkorov Qələbənin 80 illiyi ilə əlaqədar məhdud kolleksiyadan yeni "Rolex" saatlarını nümayiş etdirmişdi. Sənətçinin sözlərinə görə, model "Viktoriya" seriyasına aiddir. Saatdada "Ana Vətən" abidəsinin təsviri var və daxili hissəsi "Müqəddəs Georgi" lenti ilə bəzədilmiş qara qutu ilə gəlir.
QAZİLER.AZ