Dağıstanda 4,2 bal gücündə zəlzələ qeydə alınıb

Dağıstanda 4,2 bal gücündə zəlzələ qeydə alınıb backend

Dağıstanın Axtınski rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Qaziler.az bildirir ki, bu barədə aprelin 21-də Rusiya Fövqəladə Hallar Nazirliyinin Respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

İdarənin saytında yerləşdirilmiş  məlumata görə, zəlzələnin dərinliyi 10 km olub.

Səthdə heç bir təkan hiss olunmayıb. Zəlzələ nəticəsində tələfat və dağıntı yoxdur.

Həmin gün, aprelin 21-də Azərbaycanın şimal-qərbində 4,0 bal gücündə zəlzələ qeydə alınıb. Ölən və yaralanan olmayıb.

QAZİLER.AZ

Diaspora