Ukraynalı desantçılar Kursk vilayətində rusiyalı hərbçiləri əsir götürüb. Bu dəfə doqquz rusiyalı bir anda təslim olub.
Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Hava-Desant Hücum Qoşunlarının Komandanlığına istinadən yazır.
"Rusiya ordusunun 9 hərbçisi Kursk vilayətində desantçılar tərəfindən əsir götürülüb. Əsirlərə vaxtında tibbi və psixoloji yardım göstərilib", - məlumatda deyilir.
“Kursk vilayətindəki Hava Desant Hücum Qoşunlarının mübadilə fonduna daha bir əlavə”, - hərbçilər bildirib.
QAZİLER.AZ