Rusiya prezidenti Vladimir Putin və Qətər əmiri Təmim bin Həməd Al Tani arasında danışıqlar Çeçenistan ilə ərəb dövləti arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində yeni addım olub.
Qaziler.az xəbər verir ki, bunu respublika rəhbəri Ramzan Kadırov “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, hər iki tərəf əlaqələrin inkişafında əsas amil olan konstruktiv dialoqa hazır olduqlarını nümayiş etdiriblər.
“Baş tutan danışıqlar Çeçenistan Respublikası ilə Qətər Dövləti arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib. Biz qarşılıqlı faydalı əsasda tərəfdaşlığımızı genişləndirmək üçün səylərimizi davam etdirəcəyik”, - Kadırov yazıb.
Daha əvvəl Çeçenistan rəhbəri Putinlə Qətər əmirinin bu yaxınlarda baş tutan görüşünü əməkdaşlığın inkişafında mühüm mərhələ adlandırıb.
QAZİLER.AZ