Polşada ilk dəfə olaraq qadın F-16 qırıcısının pilotu oldu

Polşada ilk dəfə olaraq qadın F-16 qırıcısının pilotu oldu backend

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış ölkə tarixində ilk dəfə bir qadının F-16 qırıcı pilotu olduğunu açıqlayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir  ki, nazir bu barədə X sosial şəbəkəsində yazıb.

İndiyədək Polşa Hərbi Hava Qüvvələrində F-16 döyüş təyyarəsinin idarə edilməsində yalnız kişilər iştirak edib. İndi bu, dəyişir, ilk qadın bu təyyarələri idarə edən elit pilotlar qrupuna qoşulur. Onun adı təhlükəsizlik səbəbi ilə açıqlanmayıb.

O əlavə edib ki, daha bir qadın pilot Kşesinydakı 31-ci bazada təlim keçir.

QAZİLER.AZ

Diaspora