Dağıstanda minik avtomobili ilə qatarın toqquşması nəticəsində üç nəfər xəsarət alıb

Dağıstanda minik avtomobili ilə qatarın toqquşması nəticəsində üç nəfər xəsarət alıb backend

Dağıstanın Kizlyar rayonunda avtomobillə qatarın toqquşması nəticəsində ikisi uşaq olmaqla 3 nəfər xəsarət alıb

Qaziler.az bildirir ki, bu barədə aprelin 18-də regional Rusiya Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.

Qəza Moskva vaxtı ilə saat 08:30-da Stavropol - Proxladnı - Mozdok - Kizlyar - Kraynovka avtomobil yolunun 482-ci km-də dəmir yolu keçidində baş verib.

“Toyota Land Cruiser 100” markalı avtomobili idarə edən 38 yaşlı yerli sakin svetaforun qırmızı işığından keçib və qatarla toqquşub”, - deyə idarənin Teleqram kanalında bildirilir.

Bildirilir ki, toqquşma nəticəsində sürücünün özü, həmçinin onun iki azyaşlı sərnişini - dörd və 10 yaşlı oğlanlar xəsarət alıb. Hər üç şəxs xəsarətlə Kizlyar Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

QAZİLER.AZ

Diaspora