Sumının atəşə tutulmasında iştirak edən Rusiya Federasiyasının 112-ci raket briqadasının Şuyadakı yeri bir neçə gündür ki, naməlum pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Peyk zərbələrin rusiyalılar üzərindəki nəticələrini qeydə alıb.
Qaziler.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, müvafiq fotoları “Azadlıq radiosu" dərc edib.
Nəşrin məlumatına görə, peykdən çəkilmiş görüntü pilotsuz təyyarələrin Şuya şəhərindəki 112-ci Raket Briqadasının ərazisindəki kazarmalara ziyan vurduğunu təsdiqləyir.
Ukrayna kəşfiyyatının məlumatına görə, aprelin 13-də məhz bu briqada Sumıya raket hücumu həyata keçirib və nəticədə 35 nəfər həlak olub.
QAZİLER.AZ