Bu gün Tbilisidə və regionlarda bir sıra etiraz aksiyaları keçiriləcək.
Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" məlumat verib.
Qeyd olunur ki, bu gün fasiləsiz etirazlarının 142-ci günüdür.
Məlumata görə, yerli vaxtla saat 19:00-da Gürcüstan İctimai Televiziyasının binası yaxınlığında mitinq keçiriləcək.
Saat 20:00-da isə mitinq iştirakçıları Rustaveli prospektində Gürcüstan parlamentinin binası yaxınlığında nümayişçilərə qoşulacaqlar.
Saat 21:00-da Tbilisi 1 saylı Klassik Gimnaziya binasında ictimai mühazirə nəzərdə tutulub.
QAZİLER.AZ