Matikaşvili: Avropa İttifaqı Sovet İttifaqına bənzəməyə başlayıb

Matikaşvili: Avropa İttifaqı Sovet İttifaqına bənzəməyə başlayıb backend

“Avropa İttifaqı getdikcə daha çox Sovet İttifaqına bənzəyir – bunun bariz nümunəsi 61 ölkəni şantaj etmək cəhdidir”.

Qaziler.az "qruziya-onlayn"a bildirir ki, bunu Gürcüstan parlamentinin üzvü David Matikaşvili bildirib.

Onun sözlərinə görə, bu cür təhdidlərin praktikada həyata keçirilməsi ehtimalı azdır.

"Əvvəla, çətin ki, bu təhdidlər həyata keçirilsin. Avropa İttifaqı getdikcə daha çox Sovet İttifaqına bənzəyir, bunu 61 ölkəni şantaj etməyə çalışması sübut edir. Əgər hər hansı bir ölkə Brüsseldə elan edilmiş qərarların qəbulu yolu ilə getməsə, o zaman bu təzyiq alətindən istifadə etməyə çalışacaqlar. Bizim yaxın keçmişimizdən bariz nümunə: hansı dövlət, hansı məqsədlərlə embarqolar, sanksiyalar tətbiq edib, heç bir əsas olmadan insanların ölkədən deportasiyası həyata keçirilib? Rusiya idi. Və bu gün Avropa Birliyi təkcə müasir Rusiyaya deyil, gürcü xalqını şantaj etmək məqsədi ilə oxşar qərarlar qəbul edilən və ya qəbul olunmağa cəhd edilən həmin Sovet İttifaqına bənzəyir. Yeganə səbəb odur ki, Gürcüstan Ukraynadakı müharibədə iştirakı ilə bağlı onun üçün proqnozlaşdırılan böyük bədbəxtliyə sürüklənməyib”, - Matikaşvili bildirib.

QAZİLER.AZ

Diaspora