Zelenski Rusiyadan olan müğənni və aktyorlara qarşı sanksiya tətbiq etdi

Zelenski Rusiyadan olan müğənni və aktyorlara qarşı sanksiya tətbiq etdi backend

Ukrayna prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən yeni sanksiyalar haqqında fərman imzalayıb. Onlar 20 rusiyalı müğənni, idmançı və aktyora qarşı təqdim edilib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna prezident aparatının saytında dərc edilmiş 246 saylı fərmana istinadən xəbər verir.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının tətbiq etdiyi yeni sanksiyalarda 20 rusiyalının adı qeyd olunub:

Apeksimova İrina - aktrisa və rejissor;
Velikaya Sofiya - qılıncoynadan;
Vyalbe Yelena - xizəkçi, Olimpiya çempionu;
Qoqunski Vitali - aktyor ("Univer" serialında Kuzya rolu ilə tanınır);
Cuqurda Nikita - aktyor;
Dronov Yaroslav - müğənni (SHAMAN təxəllüsü ilə tanınır);
Yeqor Konçalovski - kinorejissor və ssenarist;
Kuklaçev Yuri - aktyor;
Kuçera Oskar - aktyor;
Lebedev Denis - boksçu;
Mironov Yevgeni - teatr aktyoru;
Naqorni Nikita - gimnast;
Pankratov-Çyornı Aleksandr - aktyor və rejissor;
Polunin Sergey - balet rəqqası;
Provodnikov Ruslan - boksçu;
Nikolay Rastorquyev - müğənni və Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı;
Rozenbaum Aleksandr - müğənni;
Sukaçev İqor - rok musiqiçisi, aktyor, rejissor;
Tsiskaridze Nikolay - balet artisti;
Çumakov Roman - reper (Jigan kimi tanınır).

Sanksiyalar çərçivəsində adıçəkilən şəxslərin aktivləri bloklanacaq, ticarət və digər əməliyyatlar aparmaq, biznes qurmaq, əmlak və torpaq almaq və s. imkanları məhdudlaşdırılacaq.

Bundan əlavə, onlar dövlət mükafatlarından məhrum ediləcəklər.

QAZİLER.AZ

Diaspora