Əyləcləri sıradan çıxan su tankeri divara çırpıldı - Ölən və yaralanan var

Əyləcləri sıradan çıxan su tankeri divara çırpıldı - Ölən və yaralanan var backend

Türkiyənin Hatay bölgəsinin İskenderun rayonunda əyləci nasaz olan su maşını minik avtomobilinə və divara çırpılıb. Su maşınında olan bir nəfər həyatını itirib, bir nəfər isə ağır yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.

Qəza İskenderun rayonu Dəniz Alayı ərazisində baş verib. Hacı A.-nın idarə etdiyi su maşını əyləc nasazlığı səbəbindən dayana bilməyib və Yusuf K.-nin idarə etdiyi avtomobilə, daha sonra yerüstü keçidin divarına çırpılıb.

Qəzaya düşən su maşınının sürücüsü Hacı A. hadisə yerində ölüb, avtomobildə olan Hüseyn K. isə ağır yaralanıb.

QAZİLER.AZ

Diaspora