Ukrayna daha 909 hərbçinin cəsədini qaytarıb

Ukrayna daha 909 hərbçinin cəsədini qaytarıb backend

Ukrayna aprelin 18-i cümə günü daha 909 ölən əsgərinin cəsədini qaytarıb. Onlarçəbhənin  səkkiz istiqamətində döyüşüblər.

Qaziler.az  RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahının məlumatında bildirilib.  

“Görülən repatriasiya tədbirləri nəticəsində həlak olmuş 909 müdafiəçinin cəsədi Ukraynaya qaytarılıb”, - məlumatda deyilir.

Hərbçilərin cəsədləri cəbhənin bu istiqamətlərindən gətirilib:

Kuraxovski istiqaməti;
Pokrovski istiqaməti;
Baxmut istiqaməti;
Ugledar istiqaməti;
Luqansk istiqaməti;
Zaporizhzhya istiqaməti;
Sumy istiqaməti;
Xarkov istiqaməti;
Rusiya Federasiyasının ərazisindəki morqlardan.

QAZİLER.AZ

 

 

Diaspora