Rusiya Silahlı Qüvvələri Donetskin Valentinovka yaşayış məntəqəsini tutub.
Qaziler.az bildirir ki, bu barədə aprelin 18-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Verilən məlumata görə, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin birləşmələrini "darmadağın edib". Nəticədə bir həftə ərzində Ukrayna qoşunları 2170-dən çox hərbçi, iki tank, 27 zirehli döyüş maşını, 74 avtomobil, 35 silah, 6 elektron döyüş stansiyası, 27 sursat və yanacaq anbarını itirib.
"Həftə ərzində Şimal hərbi qrupunun bölmələri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin birləşmələrini məhv etməyə davam edib", - idarənin məlumatında deyilir.
QAZİLER.AZ