Qazaxıstanın dövlət başçısı Qasım-Jomart Tokayevlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Qaziler.az bildirir ki, bu barədə “Kazinform” xəbər verir.
Prezidentlər Qazaxıstan-Rusiya çoxşaxəli əməkdaşlığının mütərəqqi inkişafını qeyd edərək, əvvəllər ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların icrasının gedişatını müzakirə ediblər.
Enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.
Dövlət başçıları cari beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparıb, qarşıdakı görüşlərin cədvəlini müzakirə ediblər.
QAZİLER.AZ