Litva Parlamenti rusiyalıların vətənə səfərləri üçün yaşayış icazələrinin ləğvini təsdiqləyib
Aprelin 17-də Litva parlamenti Rusiya və Belarus vətəndaşlarına qarşı sanksiyaları 2026-cı ilin may ayına qədər uzadıb.
Qaziler.az bildirir ki, bu barədə Seymin mətbuat xidməti xəbər verir. Bundan əlavə, məhdudiyyətlər son üç ayda Rusiya Federasiyasına və ya Belarusa bir dəfədən çox səfər etmiş rusların yaşayış icazələrinin ləğvi ilə bağlı müddəa ilə sərtləşdirilib.
“Report” xəbər verir ki, qanuna Rusiya vətəndaşının son üç təqvim ayı ərzində bir dəfədən çox Rusiya və ya Belarusiyaya səfər etməsi müəyyən edilərsə, ona Litvada verilmiş yaşayış icazəsinin ləğv edilməsi ilə bağlı müddəa əlavə edilib.
Həmçinin qeyd edilir ki, sərtləşdirmə “Rusiya vətəndaşından asılı olmayan obyektiv səbəblərə görə” göstərilən ölkələrə səfər etmiş şəxslərə şamil edilmir. Litvadan tranzit də daxil olmaqla, Aİ ölkələrinə yük və sərnişin daşımaları ilə məşğul olan şirkətlərin işçiləri üçün də istisna edilib.
QAZİLER.AZ