Rusiyalı qadın 108 yaşını qeyd edir

Rusiyalı qadın 108 yaşını qeyd edir backend

Ufa sakini Tamara Kuzmina 108 yaşını qeyd edib.

Rusiyalı Tamara Kuzmina 108 yaşını qeyd edib.

Qaziler.az bildirir ki, Ufanın Sovetski rayonunun rəhbəri Aidar Bazqudinov bu barədə öz Telegram kanalında məlumat yayıb.

Rəsmi Ufa sakinini bayram münasibətilə təbrik edib və uzun ömürlünün yaxınlarının əhatəsində gül dəstəsi ilə çəkildiyi fotoları dərc edib.

"Hörmətli Tamara Borisovna! Sizə ürəkdən cansağlığı, firavanlıq və xeyirxahlıq arzulayıram. Siz cəsarət və mətanət, ruhun gücü və Vətənə məhəbbət nümunəsisiniz. Sizin nəsliniz bizi tükənməz enerjisi və həyat eşqi ilə ruhlandıran qaliblər nəslidir. Sizin həyat nailiyyətləriniz və müdrikliyiniz bizim üçün mühüm bələdçi rolunu oynayır", - Bazqudinov yazıb.

QAZİLER.AZ

Diaspora