Rusiya naməlum dronla Nikolayevi vurdu: şəhərdə yanğın başlayıb

Rusiya naməlum dronla Nikolayevi vurdu: şəhərdə yanğın başlayıb backend

Aprelin 17-də axşam Rusiya ordusu Nikolayev şəhərinə hücuma keçib. Hücum naməlum pilotsuz təyyarə ilə həyata keçirilib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kimə istinadən məlumat yayıb.

"Naməlum tipli reaktiv PUA gəlib. İlkin məlumata görə, itki yoxdur. Hadisə yerində yanğın var, xidmətlər onu söndürür", - Kim deyib.

Nikolayev meri Aleksandr Senkeviçin sözlərinə görə, zərbə yerində bütün lazımi xidmətlər işləyir.

"İlkin məlumata görə, itki yoxdur. Yaşayış sektoruna ziyan dəyməyib. Dostlar, özünüzə diqqət edin və həyəcan siqnallarına laqeyd yanaşmayın", - o bildirib.

QAZİLER.AZ

Diaspora