Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsə hazırdır, lakin bu mərhələyə çatana qədər ərazi bütövlüyü məsələsi müzakirə olunmayacaq.
Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, bu barədə prezident Vladimir Zelenski jurnalistlərlə söhbəti zamanı danışıb.
Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsə hazırdır, lakin bu mərhələyə çatana qədər ərazi bütövlüyü məsələsi müzakirə olunmayacaq.
"Bu gün biz qeyd-şərtsiz atəşkəsi müzakirə edirik və atəşkəsə qədər əraziləri müzakirə etmirik. Siz mənim münasibətimi və qırmızı xətlərimizin nədən ibarət olduğunu bilirsiniz, biz müvəqqəti olaraq işğal olunmuş ərazilərimizdən heç birini heç vaxt Rusiya kimi tanımayacağıq", - deyə Zelenski vurğulayıb.
QAZİLER.AZ