Çin Ukraynaya qarşı müharibə üçün Rusiyaya silah verir. Kiyev onların əməkdaşlığı barədə müvafiq məlumat alıb.
Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski brifinq zamanı deyib.
"Vacib, çox da xoş olmayan məlumat. Nəhayət, Çinin Rusiya Federasiyasına silah tədarük etdiyi barədə məlumat aldıq. Bu gün UTX-dən və kəşfiyyatdan barıt, artilleriya ilə bağlı kəşfiyyat məlumatlarımız var", - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, bu barədə daha ətraflı məlumat gələn həftə açıqlanacaq.
QAZİLER.AZ