Rusiya Federasiyasının Ali Məhkəməsi ölkədə “Taliban” hərəkatının fəaliyyətinə qoyulan qadağanı müvəqqəti olaraq dayandırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
"Rusiya Federasiyası Baş Prokurorluğunun inzibati iddiası təmin edilib", - hakim Oleq Nefedov bildirib.
Rusiya Federasiyası Ali Məhkəməsinin mətbuat xidmətindən məlum olub ki, iddianı Rusiya Baş Prokuroru qaldırıb. İclas bağlı qapılar arxasında keçirilib.
Qeyd edilib ki, aprelin 1-də “Taliban” siyasi bürosunun rəhbəri və Əfqanıstanın Qətərdəki səfiri Süheyl Şahin deyib ki, “Taliban” hərəkatına qoyulan qadağanın dayandırılması Rusiya və Əfqanıstanın maraqlarına uyğundur.
QAZİLER.AZ