Kalininqradda altı məktəbli bir anda huşunu itirib

Kalininqradda altı məktəbli bir anda huşunu itirib backend

Kalininqradda məktəblərdən birində huşunu itirən uşaqlara tibbi yardım göstərilib.

Qaziler.az xəbər verir ki, bu barədə “Klops” teleqram kanalı məlumat yayıb.

Məktəblilərin halının günorta saatlarında pisləşdiyi bildirilib. 11-12 yaşlarında olan altı uşaq özünü pis hiss etməkdən şikayətlənib. Uşaqların rəngi solub, bəziləri titrədib və huşlarını itirməyə başlayıblar. Məktəb işçiləri dərhal təcili yardım çağırıblar.

Məktəbdən verilən məlumata görə, şagirdlər hazırda tibb məntəqəsindədirlər. İlkin ehtimala görə, onların vəziyyəti istidən pisləşib. Hadisənin təfərrüatları araşdırılır.

QAZİLER.AZ

Diaspora