Macarıstan Aİ-nin Ermənistana ayırdığı hərbi yardıma MANE OLUB

Macarıstan Aİ-nin Ermənistana ayırdığı hərbi yardıma  MANE OLUB backend

Macarıstan Avropa İttifaqının Avropa Sülh Mexanizmi (EPF) vasitəsilə Ermənistana əlavə 20 milyon avro hərbi yardım göstərməsinə mane olub.

Qaziler.az bu barədə “News.am”a istinadla xəbər verir.

Xəbərdə qeyd olunub ki, Brüsseldəki diplomatik mənbə, aprelin 14-də Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında Budapeştin qərara veto qoymağa davam etdiyini bildirib. Belə ki, Macarıstan istisna olmaqla, bütün Aİ ölkələri Aİ-nin xarici siyasət rəhbəri Kallasın təklifini dəstəkləyib.

“Bugünkü danışıqlardan sonra heç bir irəliləyiş əldə olunmayıb”, - “Azadlıq” radiosunun erməni xidməti qeyd edib.

Ötən ilin iyulunda Ermənistan Aİ-dən ilk dəfə 10 milyon avro dəyərində hərbi yardım alıb. Bu pul növbəti 2,5 il ərzində səhra xəstəxanasının yaradılmasına və bir batalyonluq erməni ordusu bölməsi üçün yardımçı obyektlərin yaradılmasına sərf edilməli idi.

QAZİLER.AZ

Diaspora