Hansı ölkə liderləri mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına gələcək? - SİYAHI / FOTO

Hansı ölkə liderləri mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına gələcək? - SİYAHI / FOTO backend

Mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə Moskvanın Qızıl Meydanında ənənəvi bayram tədbirləri, o cümlədən hərbi parad keçiriləcək.

Qaziler.az Rusiya mediasına istinadla xəbər verir ki, tədbirdə dünyanın ən böyük dövlətlərinin başçıları da daxil olmaqla bir çox ölkələrin liderlərinin iştirakı gözlənilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirmişdi ki, Kreml bu günün qürur və sevincini Rusiya ilə bölüşən hər kəsi Qələbə Paradında görməkdən şad olacaq. Onun sözlərinə görə, 20-dən çox dövlət və hökumət başçısı bayram tədbirində iştirakını təsdiqləyib.

Belə ki, Çin prezidenti Si Cinpinin Moskvaya səfəri gözlənilir. Bundan əlavə, Hindistanın Baş Naziri Narendra Modi bayramda iştirakını təsdiqləyib. Rusiyanın BRİKS-də tərəfdaşı olan Braziliya prezidenti Luiz İnasio Lula da Silva da səfər edəcək.

Onlarla yanaşı, paradda postsovet ölkələrinin liderləri də iştirak edəcək. Qırmızı Meydanda Rusiya Prezidenti Vladimir Putinə Belarus lideri Aleksandr Lukaşenko, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan və Qırğızıstan liderləri Emoməli Rəhmon və Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Ermənistanın Baş naziri Nikol Paşinyan qatılacaq.

QAZİLER.AZ

Diaspora