Ukraynada məhbus mübadiləsi mərkəzləri açılacaq

Ukraynada məhbus mübadiləsi mərkəzləri açılacaq backend

Ukraynanın regionlarında məhbusların qaytarılması üzrə Koordinasiya Qərargahının nümayəndəlikləri açılacaq. Onların may ayından istifadəyə veriləcəyi gözlənilir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Telegramına istinadən məlumat yayıb.

Qeyd olunduğu kimi, Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Vasil Malyukun sədrliyi ilə Əsirlərlə rəftar məsələlərinə dair Koordinasiya Qərargahı Şurasının növbəti iclası keçirilib.

Üç ildən artıq müddətdə Koordinasiya Qərargahı Rusiya əsirliyindən 4306 hərbi əsir və mülki vətəndaşı geri qaytarıb.

QAZİLER.AZ

Diaspora