Təlim təyyarəsi tarlaya təcili eniş etdi

Təlim təyyarəsi tarlaya təcili eniş etdi backend

Türkiyənin Bursa şəhərinin Yenişehir rayonunda təlim təyyarəsi əkin sahəsinə məcburi eniş edib. İlkin məlumata görə, qəza nəticəsində ölən və yaralanan olmayıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, təlim təyyarəsi Yenişehir səmasında uçuş zamanı nasazlıq yaranıb və Subaşı məhəlləsindəki əkin sahəsinə məcburi eniş edib.

Xəbər üzərinə bölgəyə sağlamlıq, xilasetmə, jandarma və AFAD qrupları gəlib.

İlkin məlumata görə, xəsarət alan olmayıb və təyyarənin texniki səbəbdən əraziyə eniş etdiyi deyilib.

QAZİLER.AZ

Diaspora