İzmirin Bayraklı rayonunda tıxacda təcili yardım maşınına tapança ilə atəş açan şübhəli həbs edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ötən gün İzmir Bayraklı Şəhər Xəstəxanasına gedən xüsusi quruma məxsus təcili yardım maşınına atəş açdığına görə nəzarətə alınan şəxsin polis bölməsində əməliyyatları tamamlanıb.
Şübhəli həbs edilib.
İzmir Bayraklı Şəhər Xəstəxanasına gedən xüsusi quruma məxsus təcili yardım maşınına atəş açıldığı müəyyənləşdirilib.. Şübhəlinin silahla atəş açdığı və daha sonra avtomobili ilə ərazidən qaçdığı müəyyən edilib.
Polisin məlumatına görə, yaxalanan şübhəli ifadəsində təcili yardım əməkdaşlarının ona tıxacda hücum etdiyini və buna görə də tapançadan onlara atəş açdığını bildirib.
QAZİLER.AZ