Zaxarova Aİ-nin ölkə liderlərinə qoyduğu bu qadağanı "avronasizm" adlandırıb

Zaxarova Aİ-nin ölkə liderlərinə qoyduğu bu qadağanı "avronasizm" adlandırıb backend

"Avropa İttifaqının (Aİ) respublika prezidenti Aleksandr Vuçiçin Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş şənliklərə qatılacağı təqdirdə Serbiyanın ittifaqın üzvlüyünə qəbul edilməməsi ilə hədələməsi avronasizmdir".

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə aprelin 15-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Elə həmin gün "Financial Times" qəzeti yazıb ki, Aİ nümayəndələri Vuçiçi Qələbə Gününü qeyd etmək üçün Rusiyaya gedəcəyi təqdirdə onun nəticələri ilə hədələyiblər.

Xüsusilə, Estoniyanın xarici işlər naziri Yonatan Vseviov bəyan edib ki, Serbiya prezidenti Moskvaya getmək qərarına görə, məsələn, Belqradı Aİ-yə qəbul etməməklə ödəməli olacaq.

"Əgər bu doğrudursa, deməli, gözümüzün önündə avronazizm yenidən doğulur. 80 il əvvəl faşistlər "ikinci dərəcəli insanlar" hesab etdikləri insanları vətənlərindən, etnik mənsubiyyətlərindən və inanclarından əl çəkməyə belə məcbur edirdilər", - Zaxarova Telegram kanalında yazıb.

QAZİLER.AZ

Diaspora