Aprelin 15-i axşam saatlarında Rusiyanın növbətçi hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatını Krım ərazisi üzərində ələ keçirib,
Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Ukrayna Moskva vaxtı ilə saat 19:00 radələrində bölgəyə hücuma cəhd edib. Regional hakimiyyət Kiyevdən gələn son hücumla bağlı hələlik şərh verməyib.
"Növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus təyyarə tipli pilotsuz uçuş aparatını Krım Respublikası ərazisi üzərində ələ keçirib", - məlumatda deyilir.
QAZİLER.AZ