102 Gürcüstan vətəndaşı Litvanın viza sanksiyaları altındadır

102 Gürcüstan vətəndaşı Litvanın viza sanksiyaları altındadır backend

Litva 102 Gürcüstan vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib.

Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, siyahıya daxil olan şəxslərin 2029-2030-cu ilə qədər Litvaya girişi qadağan ediləcək.

Məlum olduğu kimi, ötən ilin dekabrında Litva əvvəlcə Bidzina İvanişviliyə və Daxili İşlər Nazirliyinin 10 yüksək rütbəli əməkdaşına, daha sonra isə İrakli Kobaxidzeyə və “Gürcü arzusu”nun digər 16 nümayəndəsinə qarşı viza sanksiyaları tətbiq edib.

Bu ilin martında Litva 74 Gürcüstan vətəndaşına, o cümlədən Gürcüstan Konstitusiya Məhkəməsinin 7 hakiminə, o cümlədən jurnalist Mzia Amaqlobelinin əleyhinə yalan ifadə verən və onun qanunsuz həbsinə şərait yaradan Gürcüstan hakimləri, prokurorları və polis əməkdaşlarına sanksiya tətbiq edib.

QAZİLER.AZ

Diaspora