NATO-nun baş katibi Mark Rutte aprelin 15-də elan olunmamış səfərlə Ukraynaya gəlib.
Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” prezident Vladimir Zelenskinin Telegram kanalına və Ruttenin “Twitter”inə istinadən məlumat yayıb.
Ruttenin özü xəbər verdiyi kimi, o, Zelenski ilə birlikdə Odessa şəhərinə səfər edib.
Rutte Twitter-də yazıb: "Ukrayna xalqı çox şey yaşadı - ən azı Rusiyanın Sumiyə hücumunu xatırladaq. NATO-nun dəstəyi sarsılmazdır. Biz Ukraynaya kömək etməyə davam edəcəyik ki, bu gün özünü müdafiə edə, gələcək təcavüzün qarşısını ala, ədalətli və davamlı sülhü təmin edə bilsin".
Eyni zamanda, Zelenski NATO baş katibi ilə birlikdə ukraynalı müdafiəçilərin müalicə olunduğu xəstəxanaya baş çəkdiyi videonu nümayiş etdirib.
Orada hərbçilərlə söhbət ediblər.
"Mən döyüş həkimlərini də mükafatlandırdım. Onlar nəinki hər gün xəstəxanada əsgərlərimizə kömək edir, həm də Xerson, Xarkov və Nikolayev vilayətlərində atəşə məruz qalan insanların həyatını xilas ediblər", - Zelenski yazıb.
QAZİLER.AZ
