Atasına qarşı zorakılıq edən türkiyəli müğənni həbs edilib

Atasına qarşı zorakılıq edən türkiyəli müğənni həbs edilib backend

Atasına qarşı zorakılıq edən türkiyəli reper Ekin Can Arslan həbs edilib

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, atasına qarşı zorakılıq etdiyi anları sosial media hesabında paylaşan reper Ekin Can Arslan həbs edilib.

Arslan Ataşehirdəki evində saxlanılıb.

Onun prokurorluqda ifadəsi alındıqdan sonra həbs olunması vəsatəti ilə cinayət işi üzrə növbətçi hakimliyə verilib.

Hakim Arslanın “yüngül yaralama” maddəsi ilə həbs edilməsinə qərar verib.

Reper Ekin Can Arslan daha əvvəl kliplərində narkotik vasitələrdən istifadəni təbliğ etdiyinə görə həbs edilmişdi və mart ayında azadlığa buraxılmışdı.

Arslan bu dəfə atasına qarşı zorakılıq etdiyi anları sosial şəbəkədə paylaşıb.

QAZİLER.AZ

Diaspora