Sumidə "Şahed" dayanacağa çırpılıb, xəsarət alan var

Sumidə "Şahed" dayanacağa çırpılıb, xəsarət alan var backend

Aprelin 14-də günortadan sonra rus qoşunları "Şahed" tipli hücum dronları ilə Sumiyə hücum edib. Düşmənə məxsus pilotsuz uçuş aparatı dayanacağa çırpılıb, bir nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna  Sumı şəhər administrasiyasına istinadən xəbər verir.

"Bu gün "Şahed" dronunun şəhərin dayanacaqlarından birinə dəydiyi qeydə alınıb", -  bildirib.

Məlumata görə, hələlik ölənlər barədə məlumat yoxdur. Bir nəfər xəsarət alıb və hazırda təcili yardım maşınındadır.

Qeyd olunub ki, hadisə yerində bütün müvafiq xidmətlər çalışır.

QAZİLER.AZ

Diaspora