Aprelin 14-də günortadan sonra rus qoşunları "Şahed" tipli hücum dronları ilə Sumiyə hücum edib. Düşmənə məxsus pilotsuz uçuş aparatı dayanacağa çırpılıb, bir nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Sumı şəhər administrasiyasına istinadən xəbər verir.
"Bu gün "Şahed" dronunun şəhərin dayanacaqlarından birinə dəydiyi qeydə alınıb", - bildirib.
Məlumata görə, hələlik ölənlər barədə məlumat yoxdur. Bir nəfər xəsarət alıb və hazırda təcili yardım maşınındadır.
Qeyd olunub ki, hadisə yerində bütün müvafiq xidmətlər çalışır.
QAZİLER.AZ