Ukraynalı tennisçi Marta Kostyuk Almaniyanın Ştutqart şəhərində keçirilən turnirdə rusiyalı Mirra Andreyeva ilə görüşdən imtina edib.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, o, bu barədə İnstaqram səhifəsində məlumat verib
İdmançının yarışı tərk etməsinə səbəb kimi əvvəllər aldığı zədə göstərilib. “Keçən il burada çox yaxşı vaxt keçirdim, finala yüksəldim - bu xatirələr üçün təşəkkür edirəm”, - deyə yazıb.
Aprelin 14-dən 21-dək Ştutqartda Qadın Tennis Assosiasiyası (WTA) 500 turniri keçiriləcək.
Peşəkar Tennislər Assosiasiyası (ATP) və WTA rusiyalılar və belarusları tamamilə qadağan etməyib. İdmançılar turnirlərdə neytral statusda iştirak edirlər. Kostyuk da daxil olmaqla ukraynalı tennisçilər rus və belaruslu idmançılarla əl sıxmır, matçlardan sonra birgə foto çəkdirmirlər.
QAZİLER.AZ