Rusiyanın Krasnoyarsk diyarının Kansk şəhərində ana öz üç uşağını baltalayaraq öldürüb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə vilayət İstintaq Komitəsinin mətbuat xidməti xəbər verir.
Uşaqların ən kiçiyi yeddi aylıq olub. Digər ikisinin dörd və səkkiz yaşı var.
Qadın saxlanılıb və yaxın vaxtlarda barəsində həbs-qətimkan tədbiri seçiləcək.
"2025-ci il aprelin 14-də hüquq-mühafizə orqanları Kansk şəhərinin Gertsena küçəsindəki fərdi evdə üç azyaşlı uşağın başından və bədənin müxtəlif hissələrinin kəsilmiş yaraları ilə cəsədlərinin tapılması barədə məlumat alıb", - Rusiya Federasiyasının İstintaq Komitəsi xəbər verir.
Mash Telegram kanalının məlumatına görə, ana -qatilin 29 yaşı var. Həmin vaxt nənə və babasının yanında olan yeddi yaşlı oğul sağ qalıb. Tezliklə anası onun yanına gəlbi və hər şeyi valideynlərinə danışıb. Daha sonra baba onun evinə gedərək cəsədləri aşkar edib, bundan sonra polisə müraciət edib.
Faktla bağlı “Üç azyaşlının xüsusi amansızlıqla qətlə yetirilməsi” maddəsi ilə cinayət işi açılıb.
QAZİLER.AZ