Belarus sərhədçiləri Latviya sərhədində qaçqının cəsədini tapıblar

Belarus sərhədçiləri Latviya sərhədində qaçqının cəsədini tapıblar backend

Aprelin 12-də Belarus sərhədçiləri Vitebsk vilayətində Latviya ilə sərhəddə bir qaçqının cəsədini aşkar ediblər.

Qaziler.az "izvestiya"ya istinadən bildirir kiBu barədə Belarusun Dövlət Sərhəd Komitəsi məlumat yayıb.

"Aprelin 12-də Polotsk sərhədçiləri Latviya sərhəd çəpərinin 10 metrliyində həyat əlaməti olmayan bir qaçqının meyitini aşkar ediblər. İstintaq-əməliyyat qrupu hadisənin baş vermə şəraitini və ölümün səbəbini müəyyən etmək üçün hadisə yerində çalışıb", - idarənin Teleqram kanalında deyilir.

Belarus İstintaq Komitəsinin məlumatına görə, yoxlama zamanı ölən şəxsin üzərində heç bir sənəd tapılmayıb. 

"Ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. İstintaq Komitəsinin Verxnedvinski rayon şöbəsi hadisə ilə bağlı araşdırma aparır", - Belarus İstintaq Komitəsi əlavə edib.

QAZİLER.AZ

Diaspora