İstanbulun Başakşehir rayonunda damda təmir işləri aparılan zaman yanğın baş verib. Külək nəticəsində böyüyən yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə götürülüb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, yanğın ikimərtəbəli binanın damında baş verib.
Damda izolyasiya işləri zamanı istifadə edilən qızdırıcılar səbəbindən başlayan yanğın küləyin təsirindən qısa zamanda bütün damı əhatə edib.
Alovu görən vətəndaşlar yanğınsöndürənlərə xəbər veriblər. Məlumatların ardından hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis qrupları göndərilib.
Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın qısa müddətdə nəzarət altına alınıb.
QAZİLER.AZ