Türkiyənin Sakarya bölgəsinin Ferizli rayonunda mövludda toyuqla düyü yeyən şəxslər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya aparılıb. Xəstəxanaya çatdırılan 17 nəfər müalicə olunduqdan sonra evə buraxılıb.
QAZİLER.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, ötən gün rayonda mövlud süfrəsində toyuq və düyü yeyən insanlar bir müddət sonra ürəkbulanma, başgicəllənmə və qusma şikayətlərinə başlayıblar.
Zəhərlənmə əlamətləri olan 17 nəfər şəhərin müxtəlif xəstəxanalarında müalicə olunub.
Müalicəsi başa çatan xəstələr sonra evə buraxılıblar.
QAZİLER.AZ