Rusiya dronları Çerniqov vilayətində sərnişin qatarına zərbə endirib

Rusiya dronları Çerniqov vilayətində sərnişin qatarına zərbə endirib backend

Rusiya Çerniqov vilayətində sərnişin qatarına pilotsuz təyyarə ilə zərbə endirib. Ölən və yaralananlar olmayıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Çerniqov vilayətinin dövlət administrasiyasının rəhbəri Vyaçeslav Çausun Teleqramına istinadən məlumat yayıb.

Bu gün, aprelin 14-də Rusiya hərbçiləri Semenovkada sərnişin qatarının yola düşməsindən yarım saat əvvəl pilotsuz təyyarə ilə zərbə endiriblər.

Vyaçeslav Çausun sözlərinə görə, hücum zamanı qatar hələ sərnişinlərlə dolmayıb, ona görə də vaqona ciddi ziyan dəysə də, itki olmayıb.

QAZİLER.AZ

Diaspora