Türkiyədə mərkəzi Konya olmaqla 9 vilayətdə FETÖ-nün gizli hərbi strukturunu hədəf alan əməliyyatda 20 şübhəli saxlanılıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə Baş Prokurorluğu FETÖ üzvləri ilə bağlı araşdırmalarını davam etdirir.
Araşdırmalar çərçivəsində təşkilatın Türkiyə Silahlı Qüvvələrindəki gizli hərbi strukturunda iştirak etdiyi müəyyən edilən 22 şübhəli barəsində həbs qərarı çıxarılıb.
Konya vilayət təhlükəsizlik müdirliyi qrupları Konya, İstanbul, Kocaeli, Hatay, Qaziantep, Manisa, Kahramanmaraş, Kayseri və Ankarada eyni vaxtda əməliyyat keçirərək 20 şübhəlini yaxalayıb.
Ünvanında tapıla bilməyən şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir. Saxlanılan şübhəlilərin barəsində polis bölməsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
QAZİLER.AZ