Litva Ukraynaya sursat alınması üçün 20 milyon avro ayıracaq

Litva Ukraynaya sursat alınması üçün 20 milyon avro ayıracaq backend

Litva Ukrayna üçün sursat alınmasına əlavə 20 milyon avro ayırmağı planlaşdırır. Axı, yayda cəbhədə "çox çətin ola bilər".

Qaziler.az LRT-yə istinadən xəbər verir ki, bunu Litvanın müdafiə naziri Dovile Şakaliene Ukraynanın müdafiəsi üzrə "Ramşteyn" formatında təmas qrupunun Brüsseldə keçirilən iclasından əvvəl bildirib.

"Yayda (Ukraynada cəbhədə - red.) çox çətin ola bilər, ona görə də dəstək gec deyil, daha tez verilməlidir. Litva sursatların alınması üçün əlavə 20 milyon avro ayırmaq niyyətindədir, çünki bu, Ukraynanın hazırda ən çox ehtiyac duyduğu şeylərdən biridir", - Şakaliene qeyd edib.

Nəşr xatırladıb ki, ötən ilin iyununda ölkənin müdafiə şurası Ukraynaya hərbi yardım üçün ildə ÜDM-in 0,25%-dən az olmayaraq ayrılması barədə qərar qəbul edib.

QAZİLER.AZ

Diaspora