Ukraynanın Jitomir vilayətində rayon xəstəxanasının direktoru Sergey Demusun nevrologiya şöbəsini bağlamaq qərarı sakinlərin etirazına səbəb olub. Etirazlar zamanı direktor zibil qutusuna atılıb.
Qaziler.az bildirir ki, bu barədə aprelin 11-də Ukraynanın “Strana.ua” internet nəşrinin Teleqram kanalı məlumat yayıb.
“Sakinlər nevroloji şöbənin yenidən təşkilinə və işçilərin işdən çıxarılmasına etiraz olaraq mitinqə çıxıblar”, - deyə məlumatda bildirilir.
Mitinqə 100-ə yaxın adam çıxıb. Aksiya zamanı iki hərbi geyimli şəxs xəstəxana direktoruna yaxınlaşaraq onu zibil qutusuna itələyib. Gələn polis əməkdaşları onun oradan çıxmasına kömək ediblər.
Bildirilir ki, hadisədən sonra Demus idarənin yenidən təşkili ilə bağlı fərmanını ləğv edib.
QAZİLER.AZ