İstanbulun Başakşehir rayonunda İkitelli Mütəşəkkil Sənaye Bölgəsində kimyəvi maddələr olan anbarda baş verən yanğına yanğınsöndürənlər müdaxilə edir.
Qaziler.az TRT-Haber-ə istinadən xəbər verir ki, Ziya Gökalp məhəlləsində Milas küçəsində kimyəvi maddə olan anbarda naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlıqdan sonra hadisə yerinə çoxlu yanğınsöndürənlər göndərilib.
Yanğınsöndürənlər yanğına müdaxilə etməyə davam edir.
QAZİLER.AZ