Sankt-Peterburqda 43 yaşlı sərxoş kişi xəstəxanalardan birində atəş açıb. Bir nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
“Hadisə yerinə gələn polis əməkdaşları müəyyən ediblər ki, 7-ci mərtəbədəki palatada spirtli içki qəbulu üstündə yaranmış münaqişə zamanı 43 yaşlı pasiyent 34 yaşlı şəxsi travmatik tapança ilə güllələyib", - polisin məlumatında deyilir.
Hücum edən şəxsin saxlanılaraq polis bölməsinə aparıldığı, zərərçəkənə isə yerindəcə köməklik göstərildiyi qeyd edilir.
QAZİLER.AZ