Uşaq “Eurovision” yarışması Tbilisidə keçiriləcək

Uşaq “Eurovision” yarışması Tbilisidə keçiriləcək backend

"Junior Eurovision 2025" mahnı müsabiqəsi dekabrın 13-də Tbilisidə keçiriləcək.

Qaziler.az bildirir ki, bm.ge-nin verdiyi xəbərə görə, nazirlik yarışa altı ay qalmış, yəni may-iyun aylarında tədbirə hazırlıq işlərinə başlamaq üçün tender elan edib.

Təşkilatın birinci mərhələsinə 172,3 min avro vəsait ayrılıb. Bu vəsait xüsusilə Avropa Yayım Birliyinin təşkilat qrupunun gəlişi və müsabiqənin reklam kampaniyası üçün istifadə olunacaq.

Səhnənin, səs və işıq avadanlıqlarının quraşdırılmasına tədbirə 30 gün qalmış başlanacaq. İştirakçı ölkələrin nümayəndə heyətləri Tbilisiyə finala 10 gün qalmış gələcək - bu müddət ərzində məşqlər, ekskursiyalar və mədəni proqram nəzərdə tutulub.

2024-cü ildə Madriddə 11 yaşlı Andria Putkaradze qalib gəldikdən sonra Gürcüstan müsabiqəyə ev sahibliyi etmək hüququ qazanıb. 

QAZİLER.AZ

Diaspora