Lukaşenkonun gəlini Aİ-nin sanksiyalarından yayınıb

Lukaşenkonun gəlini Aİ-nin sanksiyalarından yayınıb backend

Belarus diktatoru Aleksandr Lukaşenkonun gəlini Aİ-nin sanksiyalar siyahısına salına bilər. Lakin bu addımı Slovakiyanın mövqeyi əngəlləyib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Belarusun “Büro” portalına istinadən xəbər verir.

Jurnalistlərin qeyd etdiyi kimi, Anna Lukaşenko ailənin Aİ-nin sanksiyalar siyahısına daxil edilməyən yeganə üzvüdür. Belarus prezidentinin iki oğlu Viktor və Dmitri, eləcə də digər gəlini Liliya artıq qadağa altındadır.

2024-cü il avqustun 5-də Avropa İttifaqı Belarusdakı avtoritar rejimə qarşı növbəti sanksiyalar paketini qəbul edib. Anna Lukaşenkonun sanksiya siyahısına salınması təklif edilib, lakin bu, heç vaxt baş verməyib.

“Anna L. (Anna Lukaşenko – red.) Litva tərəfindən təklif edilib və həqiqətən də Slovakiya tərəfindən bloklanıb”, – nəşr adının açıqlanmasını istəməyən avropalı rəsmidən sitat gətirir.

Slovakiya Xarici İşlər Nazirliyi bu cür şayiələrə münasibət bildirərək aydınlaşdırıb ki, sanksiyalar siyahısına əlavə edilməsi ilə bağlı hər bir təşəbbüs Slovakiya və Aİ-nin maraqları, sanksiyaların hüquqi əsaslılığı və davamlılığı baxımından nəzərdən keçirilir.

QAZİLER.AZ

Diaspora